Sosial şəbəkədə biz:

İtaliyada COVID-19 qurbanlarının sayı 18 mini keçdi

09 April 2020, 21:57
Gündəm

İtaliyada son sutka ərzində 610 nəfər koronavirusdan dünyasını dəyişib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə COVİD-19 qurbanlarının sayı 18 min 279 nəfərə çatıb.

İtaliyada, həmçinin koronavirusa yoluxanların sayı 4204 nəfər artaraq 143 min 626 olub.

Qeyd edək ki, İtaliya dünyada virusun ən çox yayıldığı ölkələrdən biridir.