Sosial şəbəkədə biz:

Türkiyədə vəkillər kollegiyasının sədri sui-qəsdlə öldürüldü - VİDEO

28 November 2015, 15:22
Gündəm
Türkiyənin Diyabəkr vilayətində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən atışma zamanı vilayətin Vəkillər Kollegiyasının (VK) sədri öldürülüb.
 APA-nın yerli KİV-ə istinadən xəbərinə görə, hadisə terrorçuların hücumuna məruz qalan qrupun mətbuat konfransı keçirdiyi zaman baş verib. Həmin qrupun içərisində olan və mətbuata açıqlama verən VK sədri Tahir Elçi güllə yarası alıb. Terrorçular onu başından vurublar.
Xəstəxanaya çatdırılan T. Elçinin həyatını xilas etmək mümkün olmayıb.