Müğənni Kərim Abbasov "ATV maqazin onlarla" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, evli müğənni ona gələn eşq təkliflərindən danışıb. O, təkliflərin daha çox evli qadınlardan gəldiyini dilə gətirib:
“Evli xanımlar müxtəlif təkliflər edir. "İnstagram"ı açıb göstərə bilərəm ki, mənə kimlər nə yazır. Mənə nə müqabilində nə təklif edirlər. Heç onları oxumuram. Görürəm ki, evlidir. O qədər açıq-aşkar yazırlar ki, oturub ağlamağım gəlir. Xəyanət isə mənim canımda yoxdur. Birini sevdimsə it kimi sevirəm”.