Sosial şəbəkədə biz:

Natiq Şirinov ABŞ-da səhnəyə çıxacaq

02 November 2018, 14:07
Gündəm
Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov ABŞ –ın Monterey şəhərində səhnəyə çıxacaq. Azinforum.az xəbər verir ki, noyabr ayının 4 –də baş tutacaq konsert Monterey Musiqi Mərkəzində olacaq. Klassik və modern üslubda musiqilərin səslənəcəyi gecədə Azərbaycanın qədim musiqi alətləri balaban və nağara da yer alacaq. Xalq artisti konsert zamanı qrupsuz, çıxış edəcək.