Sosial şəbəkədə biz:

Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

17 October 2018, 21:50
Gündəm
Həbsdə olan video bloqer Mehman Hüseynovun Apellyasiya şikayəti təmin olunmayıb.
Bakupost xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün keçirilən iclasda Qaradağ məhkəməsinin qərarını qüvvədə saxlayıb və o, azadlığa buraxılmayıb.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.