Sosial şəbəkədə biz:

Bakıda 40 dərəcə isti gözlənilir

27 June 2018, 20:49
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. ETSN-nın mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.