Sosial şəbəkədə biz:

140 mindən çox müəllim imtahan verib

12 June 2018, 14:12
Gündəm
Dörd ildə 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.
Qeyd edək ki, 2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.