Sosial şəbəkədə biz:

Vasif Talıbovdan yeni nazir təyinatı

08 June 2018, 22:20
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Vasif Talıbovun digər fərmanı ilə Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib. Qeyd edək ki, M.Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.