Sosial şəbəkədə biz:

“Park bulvar”da 14 yaşlı qız itkin düşdü

23 May 2018, 16:28
Gündəm
Bakıda 14 yaşlı qız itkin düşüb. Report-un xəbərinə görə, hadisə Səbail rayonunda yerləşən “Park bulvar” ticarət mərkəzində qeydə alınıb. 2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.