Sosial şəbəkədə biz:

İsrail fələstinlilər üçün Qüdsü bağladı

23 May 2018, 13:51
Gündəm
Ramazan ayı başa çatana qədər İsrail Qüdsü fələstinlilərin ziyarəti üçün bağlayıb. Trend-in məlumatına görə, buna səbəb HƏMAS tərəfindən mümkün ola biləcək hücumların qarşısını almaqdır. Bu isə o deməkdir ki, Qəzza sakinləri Əl-Əqsa məscidini ziyarət edə bilməyəcəklər. Qeyd edək ki, hər il Ramazan ayı günlərində 40-50 min fələstinli bu məscidə ziyarətə gəlir.