Sosial şəbəkədə biz:

Xarici İşlər Nazirliyinin bu səlahiyyəti ləğv olundu

14 May 2018, 09:44
Gündəm
Xarici İşlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub. “Qafqazinfo”nun məlumatına görə, bu, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. Dəyişikliyə əsasən, XİN-nin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilib.