Sosial şəbəkədə biz:

Tovuzda üç uşaq anası özünü yandıraraq intihar edib

11 May 2018, 09:38
Gündəm
Tovuz rayonunda üç uşaq anası özünü yandırıb. “Report”un Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib. İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub. Fakt üzrə araşdırmalar davam etdirilir.