Sosial şəbəkədə biz:

Mikayıl Cabbarov onu direktor təyin etdi

01 May 2018, 15:44
Gündəm
Fərhad Əmirbəyov Azərbaycan Vergilər Nazirliyinin tədris mərkəzinin direktoru təyin olunub. “ Azinforum.az ” xəbər verir ki, bu barədə məlumatı Trend yayıb. Xəbərə görə, daha əvvəl F.Əmirbəyov təhsil nazirinin müşaviri vəzifəsində çalışıb, Bakı Banklararası Valyuta Birjasının rəhbəri olub.
Qeyd edək ki, F.Əmirbəyov UNEC Tədqiqat Mərkəzinin prezidenti vəzifəsində işləməyə davam edəcək.