Sosial şəbəkədə biz:

Bakıda uşaq parkdakı gölə düşdü

12 April 2018, 11:31
Gündəm
Bu gün səhər saatlarında Dədə Qorqud parkında yerləşən süni gölə uşaq düşüb. Bu barədə “Qafqazinfo”ya hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, 4-5 yaşlarında uşaq velosipedlə gəzərkən müvazinətini itirərək gölə yıxılıb. Bu zaman yaxınlıqdan keçən gənc oğlan gölə tullanaraq uşağı xilas edib. Daha sonra balaca valideynlərinə təhvil verilib.