Sosial şəbəkədə biz:

Trampdan müharibə siqnalı - “Hazır ol Rusiya, raketlər gəlir”

11 April 2018, 18:05
Gündəm
ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriyaya edəcəyi mümkün hücumla bağlı hazır olmağa çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri özünün tvitter səhifəsində yazıb:
“Rusiya Suriyaya buraxılacaq bütün raketləri vuracağına söz verir. Hazırlaş Rusiya, çünki onlar gəlirlər. Daha yaxşıları, yeniləri və “ağıllı”ları”.