Sosial şəbəkədə biz:

Əsəd rejimi Şərqi Qutada kimyəvi silah işlətdi - Yüzlərlə ölən və yaralananlar var

08 April 2018, 18:31
Gündəm
Suriya rejimi qüvvələri terrorçuların nəzarətində olan Şərqi Quta qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib.  “Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə,  hadisə nəticəsində azı 150 dinc sakin ölüb və yüzlərlə insan xəsarət alıb. Ölənlər arasında çoxlu qadın və uşaqların olduğu bildirilir.