Sosial şəbəkədə biz:

Vatikanda pornoqrafik materiallar yayan diplomat həbs edildi

08 April 2018, 11:12
Gündəm
Vatikan tribunalı Vaşinqtondakı nunsiaturun sabiq əməkdaşı, pornoqrafik materiallar saxlamaq və yaymaqda ittiham olunan monsenyor Karlo Kapellanın həbsi barədə order verib. Bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb. Hazırda o, jandarmeriyanın kazarmasında saxlanılır. Kapellanın həbsi barədə qərar 2017-ci ilin sentyabrında verilib/Report.