Sosial şəbəkədə biz:

Rusiyada matəm elan olunub

27 March 2018, 15:15
Gündəm
Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki “Qış albalısı” Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.