Sakinlər bildirirlər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.
Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.
Azinforum.az Trend-ə istinadən xəbər verir ki, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.