Sosial şəbəkədə biz:

Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanıldı

03 March 2018, 22:34
Gündəm
Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb. “Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb. O, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir. Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.