Sosial şəbəkədə biz:

Bakıdakı dəhşətli yanğında 30-a yaxın şəxs ölüb

02 March 2018, 10:18
Gündəm
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb. Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.