Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Zülmətə bürünən Sumqayıt – Küçə işıqları niyə yandırılmır? (VİDEOREPORTAJ)

Zülmətə bürünən Sumqayıt – Küçə işıqları niyə yandırılmır? (VİDEOREPORTAJ)

Son günlər gecə saatlarında Sumqayıtın bir çox küçə və yollarında işıqların yanmadığının şahidi oluruq. Şəhər sakinləri haqlı olaraq bununla bağlı şikayətlər edir. Onların sözlərinə görə, indi qış ayları olduğu üçün qaranlıq tez düşür və işdən, dərsdən qayıdarkən çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar. Sürücülər isə xüsusən bu halı pisləyirlər. Gecə saat 12-dən sonra demək olar əksər küçələrdə işıqların söndürülməsini qeyd edirlər.

Avtomobil sahibləri Sumqayıtın hətta əsas prospekt və yollarında küçə işıqlarının yanmamasından çox narahatdırlar. Onlar bu halın təhlükənin – qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər. Bəs nə üçün Sumqayıt Küçə işıqları idarəsi bu hala laqeyd yanaşır. Niyə gündən günə gözəlləşən, inkişaf edən və çiçəklənən Sumqayıtın gecələri zülmətə bürünüb?! Xatırlayırsınızsa, 1-2 il öncəyə qədər dəfələrlə gündüz saatlarında küçə işıqlarını yanan görərək tənqid etmişik. İndi isə görünür hal-qəziyə tamamilə dəyişib və hətta Sumqayıtın Sülh kimi ”ana küçə”sində də (Bazardan üzü Göyərçin abidəsi istiqamətində) işığa həsrət qalırıq. Apardığımız müşahidə və sakinlər arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, Sülh küçəsinin qeyd etdiyimiz hissəsi ilə yanaşı, Səməd Vurğun, Koroğlu, Bakı, 20 Yanvar küçələrində də işıqlar yandırılmır. 1,7,8,12, 14, 26, 30, 41 və 42-ci məhəllələr, Avtovagzal dairəsi, Zeynalbdin qəsəbəsinə gedən yol, habelə Kottec və İnşaatçılar qəsəbəsinin əksər küçəsində də vəziyyət eynidir. Şənbə bazar günləri şəhərin 12 və 11-ci mikrorayonları arasında təşkil olunan yarmarkadan bəhrələnən sakinlər də şikayət edirlər. Onların sözlərinə görə, hava qaralan kimi, nəqliyyatın da sıx işlədiyi bu ərazidən alış-veriş edib evlərinə doğru hərəkət etməkdə çətinlik çəkirlər. Çünki bu ətrafda də işıqlar yanmır. Xülasə, sizi bu ”qaranlığa qərq olmuş” kəlmələrlə yormaq istəmirik. Problemlə bağlı əməkdaşımız Kamran Kazımzadənin gecə saatlarında şəhərimizin küçə və yollarından hazırladığı qısa videoya baxmağınız kifayətdir. Bu kadrlarda da aydın görünür küçənin bəzi hissəsində işıq var, digər hissəsinə isə qaranlıq çöküb. Və ya bir küçədə işıq yanır, onunla kəsişən digər küçə isə işığa həsrət qalıb…
Məsələ ilə bağlı Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədovla əlaqə saxladıq. İdarə rəisi faktı təsdiqlədi. O bildirdirdi ki, bəzi səbəbələrə görə noyabrın 28-dək “Azərişıq” ASC-yə olan borcumuzun ödənişində gecikmə yaranıb. Nəticəcədə qurum elektrik enerjisinin verilişini dayandırıb və küçələr işıqsız qalıb. Lakin artıq borc ödənilib və problem aradan qaldırılıb.
Xeberle.com

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın