Ana səhifə / Gündəm / Zülfiyyə Hüseynovaya niyə təqaüd verilmir? – Rəsmi açıqlama

Zülfiyyə Hüseynovaya niyə təqaüd verilmir? – Rəsmi açıqlama

Cüdo və sambo üzrə 11 qat dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova ona verilməli olan təqaüdü ala bilməməsindən şikayətlənmişdi. Xanım idmançı bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiyini bildirmişdi.

Qafqazinfo” bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, təqaüd məsələsinə Milli Olimpiya Komitəsi (MOK) baxır.

MOK-un mətbuat xidmətindən isə “Qafqazinfo”ya bildiriblər ki, Zülfiyyə Hüseynova sambo üzrə dünya çempionu olduğu üçün ona təqaüd verilmir:

“Zülfiyyə xanım nəticələrini sambo üzrə qazanıb. Bu idman növü də Olimpiya idman növlərinə daxil deyil. Belə halda ona təqaüd düşmür. Əgər o hər hansı Olimpiya idman növündə dünya və ya Avropa çempionu olsaydı, təqaüd alacaqdı”.

Hüseynovanın 1995-ci ildə hərbçilərin Dünya Oyunlarında çempion olmasına gəlincə, MOK-dan buna görə təqaüd verilmədiyini qeyd ediblər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın