Ana səhifə / Gündəm / “Ziya Məmmədovun qohumları bayramımızı qara gətirilər” – ŞİKAYƏT VAR

“Ziya Məmmədovun qohumları bayramımızı qara gətirilər” – ŞİKAYƏT VAR

DİA.AZ: – DİA.AZ-a daxil olan növbətişikayət məktubunda deyilir: “Mən İsayeva Nərgiz Aburrəhman qızı mətbuat vasitəsi ilə ölkə prezidenti İlham Əliyev cənablarına və Mehriban Əliyevaya müraciət edərək bildirirəm ki, Ziya Məmmədovun qohumları bayramımızı qara gətirilər.
Övladım İsayev Əlibaba Ağaəli oğlu uzun illərdi ki ağ ciyər xəstəsidir vərəm xəstəliyi üzündən indi ölüm yatağındadır . Ucar rayon mərkəzi xəstəxanası Baş həkimi Zeynal Bayramlı və Təranə həkim övladımın müayinə və müalicəsindən boyun qaçırırlar və iynə dərmanlarımız yoxdur get başqa yerə deyirlər. Övladım isə yataqdadır onu Bakıya aparmaq üçün təcili yardım maşınına isə məndən pul istiyillər . Zeynal həkimin yanına getdim ki övladıma köməklik göstərilsin Zeynal həkim isə mənə sən nə həyasız əxlaqsız adamsan əl çək bizdən deyib məni təhqir etdi. Bu haqda rayon rəhbərinin qəbulunda oldum və Mənsur məllimə dərdimi danışdım bundan sonra bizə icra hakimiyyəti binasında dərman peraparatları verildi ancaq övladıma cidi həkim nəzarəti və xəstəxanaya yerləşdirilməsi müayinə və müalicəsindən baş həkim və Təranə həkim imtina edir deyirlər ki pul ödəməliyəm . Bundən əlavə övladımın əlillik dərəcəsi alması üçün lazim olan sənədləri verməkdəndə əsassız olaraq imtina edirlər . Cənab prezident bu baş həkim o dərəcəyə çatıb ki artıq ölüm ayağında olan xəstəyə dərmanı rayon rəhbəri tapıb verir ancaq həkim müayinədən boyun qaçırdır. Bu insanın etdiyi haqsızlıqlara isə rayonda heç kəs dayan deyə bilmir çün ki Ziya Məmmədov onun qohumudur .
Cənab prezident mən qoca yaşlı biq qadın kimi ana kimi sizi bu novruz bayramı münasibəti ilə təbrik edirəm ancaq sizdə bilin ki bizim bayramımız qara gəlib övladım ölüm yatağındadır . Xahiş edirəm iki az yaşlı uşaq atası olan övladımın təcili olaraq həkim nəzarətinə alınmasına yardım edəsiniz”.

Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq…

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın