Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng vurub dedi: “Çaşarsan ha birdən…”

Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng vurub dedi: “Çaşarsan ha birdən…”

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov ötən həftə dekabrın 2-də işdən azad edilən qohumu-Quba rayonunun keçmiş icra hakimiyyəti başçısı Yaşar Məmmədova zəng vuraraq ona vəzifədən uzaqlaşdırılmasına görə “çaşmamağı” tapşırıb. Virtualaz.org xəbər verir ki, bunu Yaşar Məmmədov özü unikal.org-a müsahibəsində deyib.

Yaşar Məmmədov Ziya Məmmədovun bibisi oğludur, keçmiş polisdir, daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub. Ağdaş rayon Polis İdarəsinin rəisi olub. 2010-cu ildə isə polis mundirini məmur kostyumuna dəyişib-həmin il Ucar rayonunun icra hakimiyyəti başçısı təyin olunub. 2015-ci ildə isə bu vəzifədən Quba rayonu icra hakimiyyəti başçısı vəzifəsinə keçirilib. Hər iki rayon vaxtilə Ziya Məmmədovun de-fakto qubernatorluğuna daxil idi.

Keçmiş icra başçısı deyib ki, vəzifədən çıxarılan gün Ziya Məmmədov özü ona zəng vurub: “Bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa “fikir” söyləyərsən? Çaşarsan ha birdən… Məni bu məsələdə diqqətli olmağa çağırdı”.

Yaşar Məmmədov bildirib ki,  Ziya Məmmədovun bu xəbərdarlığına cavab olaraq “uşaq olmadığını”  onun nəzərinə çatdırıb. “Dedim harada nəyi danışmağın lazım olduğunu yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım”-o bildirib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …