Ana səhifə / Gündəm / Zakir Fərəcov Sumqayıtı qudasına tapşırıb

Zakir Fərəcov Sumqayıtı qudasına tapşırıb

Sumqayıtın yeni icra başçısı Zakir Fərəcovun adı hər gün yeni bir qalmaqalda hallanır. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl ölkənin ən iri üçüncü şəhərinə icra başçısı təyin olunan sözügedən şəxsin yeni məziyyəti üzə çıxıb.

Məlumatlara görə, hazırda Sumqayıt şəhərində bütün gəlirli işlər, habelə tender və digər məsələlər hamısı icra başçısının qudasına həvalə edilib. Zakir Fərəcov tərəfindən atılmış bu addımdan sonra şəhərdə durum daha da ağırlaşmağa başlayıb. Çünk icra başçısının qudası Akif Zeynalov birmənalı olaraq, sahibkarından tutmuş, dövlət müəssisələrinin rəhbərlərinə qədər hamısı üçün bəlli bir məbləğ müəyyənləşdirib. Həmin pulları toplamaq, sərf etmək, təyinatı üzrə xərcləyib, xərcləməmək isə artıq qudanın işidir.

Son məlumata görə, bu yaxınlarda dövlət başçısı tərəfindən ayrılmış 16 milyon manatın da aqibətinə Akif Zeynalov aydınlıq gətirəcək. Belə ki, Fərəcovun qudası həmin pulun hara, nə qədər xərclənəcəyi, hansı dükandan nələrin alınacağı, xaricdən nələr gətiriləcəyinin artıq tədbirini töküb.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın