Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Yanvara qədər karta nə qədər desən ucuz qaz yükləmək olar?…

Yanvara qədər karta nə qədər desən ucuz qaz yükləmək olar?…

Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissəsi üçün dəyişdirilərək 20 qəpik müəyyənləşdirilib. İllik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bu tarif dəyişməyərək 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb.

Smart tipli sayğaclarda hesablamanın aparılması ilə bağlı rəsmilər tərəfindən açıqlama verilib. Bəs smart olmayan, mexaniki sayğac abonentləri üçün hesablanma necə aparılacaq?

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayevin virtualaz.org-a bildirdiyinə görə, mexaniki sayğac abonentləri üçün də illik istehlak həcmi 1500 kubdan artıq olduqda yeni tariflə hesablanacaq. Buna “Azəriqaz”ın nəzarətçiləri nəzarət edəcəklər.

“Bu nəzarətçilər tərəfindən hesablama aparılan zaman abonentlərlə öz aralarında razılaşaraq hər hansı fırıldaq hallarına yol verilə bilərmi?”sualına gəlincə isə, İ.Kərbalayev bu ehtimalları rədd etdi:

“Hər bir abonent də nəzarətçi ilə birlikdə özü sayğaca baxa bilər. Sayğacın üzərində sərf olunan qazın həcmi göstərilir. Bu nəzarətçilər tərəfindən heç bir neqativ hallara yol açmayacaq”.

İ.Kərbalayev həmçinin bildirdi ki, smart tipli sayğac abonentləri yanvar ayına qədər karta istədikləri qədər balans yükləyə bilərlər. Yüklənən məbləğ köhnə tariflə aparılacaq və “Azəriqaz” tərəfindən silinməyəcək.

“Hər kəs istədiyi qədər balans yükləyə bilər. Hazırkı qiymətlə karta balans yükləyən abonentlərin işlətdiyi qaz elə köhnə qiymətlə də hesablanacaq. Artım yalnız yanvar ayının 1-dən sonra yüklənən məbləğə aid olacaq. Yanvar ayının 1-nə kimi nə qədər balans yükləsəniz də silinməyəcək. İndidən kim ödəniş eləsə köhnə tariflə düşəcək. Yanvardan isə ödəniş 1500 kubu aşdıqda yeni tariflə hesablanacaq”, – deyə “Azəriqaz” rəsmisi bildirdi.

Mexanizminə gəlincə isə, İ.Kərbalayev qeyd etdi ki, hər bir abonent saldo sifariş edə bilər. Onlar bunu istər yaşadığı sahə üzrə qaz istismar şöbəsindən, istərsə də ASAN xidmətdən əldə edə bilərlər.

“Saldoda nə qədər məbləğ ödənib və nə qədər qaz işlədilibsə, hamısı göstərilir”, – deyə İ.Kərbalayev bildirib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın