Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Yalançı insanı necə müəyyən etməli? – 30 illik agent danışır

Yalançı insanı necə müəyyən etməli? – 30 illik agent danışır

30 il Federal Təhlükəsizlik Bürosunda agent kimi çalışmış Mark Buton yalanı müəyyən etməyin yolları ilə bağlı maraqlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, “Business İnsider”ə danışan agent bunun üçün insanın danışığındakı uyğunsuzluqlardan əlavə, bədən dilinə nəzər salmağın vacibliyini vurğulayıb. Mark Butin bədən dili dedikdə mimika, jestlər və reaksiyaları nəzərdə tutduğunu da diqqətə çatdırıb.

Agentin sözlərinə görə, insanın suala cavab vermək istəməməsi və onun özünü rahat hiss etməməsi barədə ilk növbədə qaçırdığı gözləri “danışır”. Tez-tez qırpılan gözlər (dəqiqədə 5-6 dəfədən daha çox) sübut edir ki, müsahib açıq şəkildə yalan danışır və bu, onun özündə də stress yaradır. Bəzən isə bunun tam əksi yalançını ifşa edir – o, gözünü saniyədən çox yumur. Normal vəziyyətdə göz qırpma 0,1-0,4 saniyə vaxt çəkir. Maraqlıdır ki, sağ əllilər yalan danışarkən yuxarı sağa, hadisənin real xırdalıqlarını xatırlayanda isə yuxarı sola baxırlar. Solaxaylarda isə bu reaksiya tərsinədir.

Ətir və hissiyatla bağlı məsələlərdə sağ əllilər doğru cavab verərkən aşağı sola baxırlar, solaxaylar isə aşağı – sağa.

İstənilən yalandan sadəcə dodaqlarla ifadə olunan xüsusi təbəssüm də xəbər verə bilər. Həqiqətən gülən insanda göz ətrafındakı əzələlər də “işləyir”. Yalan onu danışanın özündə narahatlıq yarada bilər və bu, onun üz dərisində xoşagəlməz hiss oyadar. Buna görə də, yalançılar nəyisə səhv danışarkən üzlərinə toxunurlar. Qurumuş dodaqlar yalançıları onları sıxmağa və ya yalamağa vadar edir. Yalanı kənardan bolluca tər tökən və qızaran müsahibdən anlamaq da olduqca asandır.

Yalanın başqa bir əlaməti başın bir tərəfdən digərinə doğru silkələnməsidir: belə olan halda bədən insanın özünün daxilən inkar etdiyi məlumatı xəbər verdiyini göstərir.

Mark Buton bildirir ki, müsahibin fizioloji reaksiyalarını izləyəndə, onun özünü adi hallarda necə apardığını aydınlaşdırmaq lazımdır. Həmçinin, onun hərəkətinin yalanla əlaqəli olmayan xüsusiyyətlərinə diqqət edilməlidir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın