Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Xristianların Allahla müqaviləsi Azərbaycanda bağlanıb – ŞOK İDDİA

Xristianların Allahla müqaviləsi Azərbaycanda bağlanıb – ŞOK İDDİA

Xristianların Allahla müqaviləsi Azərbaycanda bağlanıb.
Bu barədəModerator.az saytına açıqlamasında batin alimi, misirşünas Firudin Gilar Bəg açıqlama verib. Qədim yazıları və şifrələri, müqəddəs kitabları çözən batin alimi Allahla olan birinci əhdin Azərbaycanda bağlandığını iddia edir:
“”Əhdi-Ətiq” adlanan Allahla müqavilə Azərbaycanda bağlanıb. Xristianların iki müqəddəs kitabı var ki, bu da Əhdi-Ətiq və Əhdi-Cədiddir. Bunlar – ilkin xristianlarla Allahın bağladığı ilkin əhd və axirətdə İsa peyğəmbərin insanlarla bağlayacağı yeni əhddir. İlkin xristian dedikdə mənbələrdə qədim Misirin Qor(Xor) Allahının yolu ilə gedənlər nəzərdə tutulur. Bunlar mar(amoreylər) nəsli olan “ağa”lardır ki, biz bunları Xəzər-Azəri seyid-bəgləri kimi tanıyırıq. Qədim mənbələrdə “Şəmsu-Qor” adlanan bu Allahın yolu ilə gedənlər öz bədənlərində iki dünyanı birləşdirirdilər ki, bu da onların ölümsüzlər nəsli olması mənasındadır. Yəni onlar öləndən sonra ruhları o biri dünyada ikinci həyat qazanırdılar. Bu Qor fironlarının nəsli, iki dünyada ölümsüzlük qazanması üçün abid həyatı, mömin həyatı yaşamalı idi ki, o dünyada ölümsüzlük qazansın. Lakin zaman keçdikcə bu nəsli mal-dövlətə aldandı və möminliyi, əbədiliyi yerdəki həyata qurban verdi. Buna görə də axirətdə Allah haqsızları ağır cəzalandıracaq və nə onlar, nə onların nəsli cənnət üzü görməyəcək”.
Batin aliminin sözlərinə görə, axirətdən sonra baş tutacaq ikinci əhd də Azərbaycan torpaqlarında bağlanacaq:
“Axirətdə Mehdi obrazında gələn İsa peyğəmbər insanlarla yenidən müqavilə bağayacaq. Bununla da köhnə əhd öz gücündən düşəcək. Yəhudi mənbələrinə görə, Allah Adəmi Moria – Marlar torpağı olan Midiyada, yəni Azərbaycanda yaratdı və Adəm oğulları ilə də ilk müqavilə olan Əhdi-Ətiqi məhz Ağrı dağında bağladı (Библия, Бытие; 8:4,9). İlkin materiyanın qanunlarına görə, ikinci müqavilə də məhz burada – Azərbaycanda bağlanmalıdır. Bu isə təbii ki, axirətdən sonra, yəni göydə yaradılmış birinci cənnətin yerinə ikinci cənnət yaranandan sonra olacaqdır. Quranda bu hadisə “torpaqların dəyişdirilməsi” adlanır (Quran 14:48)”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın