Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Xaləddin İsgəndərovun satdığı ərazidə ağaclar kəsilir –Sakinlər etiraza qalxdı, qarşıdurma yaşandı (VİDEO)

Xaləddin İsgəndərovun satdığı ərazidə ağaclar kəsilir –Sakinlər etiraza qalxdı, qarşıdurma yaşandı (VİDEO)

Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 41 ünvanında sakinlərlə tikinti şirkəti rəsmiləri arasında qarşıdurma yaşanıb.

Bu barədə AZXEBER.COM-a sakinlər məlumat verib. Onların sözlərinə görə, qarşıdurmaya səbəb “Kristal S” tikinti şirkətinin rəsmilərinin bu ərazidə ağacları kəsərək yerində bina inşa etmək istəməsidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin razılığı ilə satılan ərazinin üzərində çoxlu sayda yaşıllıq olması ilə yanaşı, ərazidə bir neçə mikrorayonu su ilə təmin edən anbar da yerləşir.

Tikintini həyata keçirmək istəyən şirkət rəsmilərinə imkan verməyəcəklərini söyləyən sakinlər bununla yaşıllığın məhv ediləcəyini iddia edirlər. Əraziyə PPX əməkdaşları cəlb edilib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın