Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Xətai rayonunda ağac soyqırımı: İcra başçısı bağı məhv etdirdi

Xətai rayonunda ağac soyqırımı: İcra başçısı bağı məhv etdirdi

Bakıda növbəti dəfə ağaclara qarşı soyqırım edilib.

Bu dəfə yaşıllığın məhv edilməsi Xətai rayonunda qeydə alınıb. Belə ki, metronun Əhmədli stansiyasının yaxınlığında, iki yolun ortasında yerləşən bağda əkilən ağaclar məhv edilib. Həmin ərazi hasara alınıb.

Vaxtı ilə sözügedən ərazidə 30-dan çox ağac olsa da, sonradan bundan əsər-əlamət qalmayıb. Ağacların kəsilməsi prosesi başa çatandan sonra icra başçısı Razim Məmmədovun göstərişi ilə həmin əraziyə gil tökülüb. O, bununla kəsilən ağacların izini itirməyə nail olub.

Qeyd edək ki, Sarayevo küçəsi metro stansiyaya yaxın ərazi olduğuna görə bura ticarət üçün əlverişli hesab olunur. Bu səbəbdən də həmin ərazidə tikilən obyektlər baha qiymətə icarəyə verilir və ya satılır. Hasarlanan ərazi isə təxminən 4 sotu əhatə edir/yenicag.az.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …