Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Xərçəngin müalicəsində bu tərəvəzin rolu böyükdür

Xərçəngin müalicəsində bu tərəvəzin rolu böyükdür

Pomidorun C və E vitaminləri ilə zəngin kalium qaynağı olduğunu və çox az miqdarda duz olduğu üçün, yüksək qan təzyiqini salmağa köməkçi olar və bədənin su tutmasına mane olar.

Öd və böyrək daşlarının salınmasına köməkçidir.

Antioksidan xüsusiyyəti ilə xərçəngə və ürək xəstəliklərinə tutulma riskini, iflic keçirmə və katarakt təhlükələrini azaldır.

Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir. O, həm də beynin işini yaxşılaşdırır. Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq.pomidor yemək kifayətdir.

Ürəyi xəstəliklərə qarşı qoruyan və daha bir çox faydası olan likopen maddəsi, pomidor suyunun 85%-ində olur.

Pomidorun həzmi asanlaşdırdığını, xüsusilə nişastalı yeməklərin (xəmir işləri, quru ərzaq) asan həzm edilməsinə təmin etdiyi ifadə edilir.

Pomidorda, yüksək nisbətdə olan C vitamini, immunitet sisteminin inkişafında, qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində faydalıdır.

Mədə və bağırsaqların nizamlı bir şəkildə işini təmin edir.

Qəbizliyi aradan qaldırır.

Revmatizm xəstəliyindən əziyyət çəkənlərə faydalıdır.

Damar sərtliyini aradan qaldırır.

Çibanların yetkinləşməsini təmin edər.

Dəriyə təzəlik və çəhrayılıq verir.

Arı sancmasında və yanıqların müalicəsində faydalıdır.

Pomidor dərinin cavanlaşmasında mühüm rol oynayır.

Bu tərəvəzi qadınlar üçün qiymətli edən onun az kalorili olmasıdır. Belə ki, hər 100 qramında 22 kk enerjisi var. Buna görə də bədən formanıza mənfi təsir etməsindən qorxmayın.

Pomidor A, B, B2, B6, C, E, K, PP beta keratin kimi vitaminlərlə yanaşı, kalium, kalsium, sink, fosfor, maqnezium və dəmirlə zəngindir.

İsti emal olunduqda belə, pomidor faydalı xüsusiyyətlərini itirmir, yəni pomidoru tomat, ketçup, konserv halında da rahat-rahat yeyə bilərsiniz.

Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir, ürəyin işini yaxşılaşdırır.

1 st. pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar.

Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır.

Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur. /reaksiya.az/

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın