Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Veysəloğlu”nun Rusiyadan idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı

“Veysəloğlu”nun Rusiyadan idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Mia.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …