Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / “Veysəloğlu” şirkətində yoxlamalar başlayır — Saytlara qarşı kiber hücumları kim təşkil edir?

“Veysəloğlu” şirkətində yoxlamalar başlayır — Saytlara qarşı kiber hücumları kim təşkil edir?

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayacaq.

Bu barədə Azsiyasət.com-a Vergilər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, 2022-ci ilin yanvar ayının əvvəlində “Veysəloğlu” şirkətinə məxsus olan onlarla müəssisədə səyyar vergi yoxlamaları həyata keçiriləcək. Şirkətdə yoxlamaların aparılması ilə bağlı qərarın ən üst səviyyədə verildiyi qeyd olunur. Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran “Veysəloğlu” şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.

Mənbə iddia edir ki, “Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub. Elə buna görə də şirkətin bir neçə dəfə cərimə edilməsinə baxmayara, külli miqdarda vergidən yayınma hallarına son verilmir.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində də “Veysəloğlu” şirkətində səyyar yoxlamalar aparılmış və külli miqdarda vergidən yayınma halları aşkar edilmişdi. Məhz bu qanunsuzluğa görə “Veysəloğlu” şirkətinə 2 milyon manatlıq maliyyə sanksiyası da tətbiq edilmişdi.

“Veysəloğlu” Şirkətlər Qrupunu müxtəlif ərazilərdə yerləşən ərzaq anbarları vasitəsilə qanunsuzluqlar həyata keçirir. Vergilər Nazirliyi ilə “Veysəloğlu” şirkəti arasında vasitəçilik missiyasını üzərinə götürən dövlət qulluqçusunun kimliyi və aparılan danışıqlar barədə də detallı məlumatlar redaksiyamıza daxil olmaqdadır. Bu məlumatları hələlik dəqiqləşdirilmədiyinə görə dərc etmirik.

Qeyd olunur ki, “Veysəloğlu” şirkətinin sahibi Aydın Talıbov dərin narahatlıq içərisindədir və buna görə də Vergilər Nazirliyi ilə danışıqlar aparır.

Bildiririk ki, külli miqdarda vergidən yayınma hallarına yol verən şirkəti qorumaq elə bu şirkətin qanunsuz əməllərinə şərik olmaq kimi bir şeydir.

Bir məqamı da qeyd edək ki, “Veysəloğlu” şirkəti müxtəlif saytlara qarşı kiber hücumlar təşkil edir. Necə, hansı şəkildə və kimlərin vasitəsilə…?!

Bu haqda daha sonra…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …