Ana səhifə / Gündəm / Vergilər nazirliyinin vəzifəli şəxsinə qarşı ittiham – VİDEO, Fotolar

Vergilər nazirliyinin vəzifəli şəxsinə qarşı ittiham – VİDEO, Fotolar

Bakı şəhəri Binəqədi rayonu 5/13 mənzil 13 də yaşayan İbrahimov Zaur Arif oğlu DİA.AZ-a yazdığı şikayət məktubunda aşağıdakıları qeyd edir:

“Təxminən bir il bundan əvvəl etdiyim şikayətlərimin obyektiv icra olunmasına Vergilər Nazirliyinin Audit Departamentinin yüksək vəzifəli əməkdaşı Elməddin Ağayev təsir etdiyi üçün onun qaynatası və himayə etdiyi Məzahət Mahmudovun cinayət faktının üstü ört- basdır edildi.Mən isə bu korrupsiyaya qurşanmış cütlüyün cinayət əməllərini ifşa etmək üçün bir həftə öncə faktları videoya çəkib video subutları prezident cənab İlham Əliyevə və Vergilər Naziri cənab Fazil Məmmədova şikayət ərizəsi ilə göndərmişəm.Həmin video çəklişi mətbuata da təqdim edirəm və xahiş edirəm Vergilər Nazirliyinin məsul vəzifəli əməkdaşı Elməddin Ağayevin və onun himayə etdiyi dövlətin milyonlarını oğurlamış qaynatası Məzahət Maksud oğlu Mahmudovun cinayət əməllərini təsdiq edən video subutu ictimailəşdirin. .

Vergilər nazirliyinin vəzifəli şəxsinə qarşı ittiham

Gədəbəy rayon sakini olan , hazırda isə Bakı şəhərində yaşayan Mahmudov Məzahət Maksud oğlunun vergidən yayınmaqla dövlətimizə küllü miqdarda ziyanlar vurmuşdur ki, bu fakt mütləq araşdırılmalıdır.Ona məxsus olan , icarəyə verilmiş Bakı şəhərində və Gədəbəy rayon ərazisində yerləşən sahibkarlıqla məşğul olan yüzə yaxın obyekti və mənzilləri yüksək qiymətə başqa şəxslərə icarəyə vermişdir ki, bunu nəticəsində sahibkarların əməyi istismar olunur.Əgər sahibkar qazandığı qəpik-quruşa görə dövlətə vergi verirsə bəs nə üçün Məzahət Mahmudov qazandığı küllü miqdarda pula görə dövlətə vergi vermir ? Bu sualın çox sadə bir cavabı var çünki Məzahət Mahmudovu himayə edən Vergilər Nazirliyinin Audit Departamüntinin işçisi olan Elməddin Sərhəddin oğlu Ağayev kimi kürəkəni var.Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Vergilər Nazirliyinin əməkdaşı Elməddin Ağayevin himayəsi ilə vergidən küllü miqdarda gəlir yayındırmış Məzahət Mahmudova məxsus Bakı şəhərində və Gədəbəy rayonunda yerləşən ticarət obyektlərində video çəklişlər aparmışam ki, həmin video çəkliş onların cinayət əməllərini subut dir.Belə olan halda yalan danışıb dövləti aldatmağı özünə peşə etmiş Məzahət Mahmudovun dövləti necə aldatdığını asan subut etmək olacaq”.

Vergilər nazirliyinin vəzifəli şəxsinə qarşı ittiham
Vergilər nazirliyinin vəzifəli şəxsinə qarşı ittiham

Daha sonra dia.az-a ünvanlanan müraciətdə qeyd olunur: “Məzahət Mahmudov iddia edirki bu ticarət obyektləri ona məxsus olsada heç bir təmənna güdmədən pulsuz sahibkarlara işlətməyə vermişəm.Ancaq Gədəbəy rayonunda yerləşən sahəsi 2500 kv.m olan “Laçın” ticarət mərkəzində çəkilmiş video sujetdə də aydın görünür ki, hər bir balaca ticarət obyektinə görə sahibkarlar Məzahət adlı saxtakara kvadratından aslı olaraq 800-1000 manat ayda icarə pulu verirlər.Hətda özünü Məzahətin qohumu kimi təqdim edən Rövşən adlı qəssab video çəklişdə bildirirki “bu obyektlərin sahibi Məzahətdir boş yer yoxdur hamısı icarəyə verilib.Mən bu 2 kv.m-ə yerə görə 200 manat pul verirəm”. Məzahət Mahmudova məxsus həm Bakı şəhərində , həm də Gədəbəy rayon ərazisində yerləşən sahibkarlıq obyektləri icarəyə və Baki şəhərindəki mənzilləri başqa şəxslərə kirayiyəyə verilib , oradan gələn gəlirlərə görə vergi ödəmir ki, buda küllü miqdarda vergidən yayınma deməkdir. Aldığım dəqiq məlumata görə M.Mahmudovun vöeni bağlıdır, onun adına vöen yoxdur.O bütün obyektlərini icarəyə verib ki, icarə götürən şəxslərin vöeni var, onlar vergi ödəyirlər.Ancaq Məzahət Mahmudov icarəyə verdiyi sahibkarlıq obyektlərinə və kirayəyə verdiyi mənzillərə görə əldə etdiyi küllü miqdarda qazanca görə gəlir vergisi vermir.Yuxarıda qeyd etdiyim kimi onu Vergilər Nazirliyinin Vergi Departamentində işləyən kürəkəni Elməddin Sərhəddin oğlu Ağayev himayə edir. Həmçinin qeyd edim ki, faktiki Məzahət Mahmudova məxsus olan bir neçə ticarət obyektləri və mənzillər başqasının adına olsada onların idarə edilməsi üçün Məzahət Mahmudova etibarnəmələr verilmişdir ki, bu faktın Notarius İdarələrindən sorğu edib öyrənilməsinə zərurət var”.

Daha sonra narazı vətəndaş dia.az-a bildirir: “Vergi Departamentinin əməkdaşı Elməddin Ağayev qaynatası Məzahət Mahmudovun qanunsuz əməllərinin üstünü ört basdır etmək üçün min-bir fırıldaqlara, saxtakarlıqlara əl atır ki , bütün bu cinayət faktları obyektiv araşdırılmalıdır.Həmçinin Vergi Departamentinin əməkdaşı Elməddin Ağayevin az maaşla Bakı şəhərində möhtəşəm və dəbdəbəli villaya sahib olması faktı da araşdırılmalıdır.(həmin villanın fotosunu sizə təqdim edirəm) Təbii ki, belə qnunsuz əməllərin sahibi olan Elməddin Ağayev himayə etdiyi qaynatasının dövlətə vurduğu küllü miqdarda ziyanlarla belə bahalı villalar inşa etdirmək çox asan və sadədir. “Vergi dövlətimizin güc mənbəyidir” Hər bir vicdanlı Azərbaycan vətəndaşı Məzahət Mahmudov və Vergi Departamentində işləyən onun himayədarı, kürəkəni Elməddin Ağayev kimi dövlətə küllü miqdarda ziyanlar vuran vicdansızlara qarşı mübarizə aparmalıyıq.Mən bu dəqiq məlumatı Sizə video faktlarla çatdırmağı borc bildim.İnanıram ki, bu barədə Prezident cənab İlham Əliyevə və Vergilər Naziri cənab Fazil Məmmədova yazdığım şikayət ərizəmi video faktlara əsasən araşdırıb cinayətkar cütlük barəsində qanunu tədbirlər görəcəklər. Əlavə olaraq bildirirəm ki, Məzahət Mahmudov tam sağlam olsada uzun illərdir saxta sənədlər əsasında əlillik dərəcəsi və saxta zabit rütbəsinə yiyələnib özünü ehtiyatda olan zabit kimi təqdfim edir ki, bu saxtakarlıq barədə yaxın günlərdə ictimaiyyətə konkret subutlarla geniş məlumat verəcəyəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

0

 


Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın