Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Vergilər Nazirliyində yerini bərkidən “qara kassir” Rəcəb Babaşov artıq Cavid Qurbanova problem yaşadır

Vergilər Nazirliyində yerini bərkidən “qara kassir” Rəcəb Babaşov artıq Cavid Qurbanova problem yaşadır

Qurbanovun himayə etdiyi söylənilən rəis müavininin ölkədən qaçdığı iddia edilir.
Saytın bir neçə gün öncə dia.az-a istinadən dərc etdiyi “Cavid Qurbanovun vergi sisteminə soxulan əli… – Rəcəb Babaşov kim imiş..?” başlıqlı yazıda Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və həmin qurumun rəis müavini Rəcəb Babaşovun qanundan kənar əməlləri ilə bağlı məlumatlar öz əksini tapmışdı. Məlumatda adı mətbuata o qədər də tanış olmayan R.Babaşovun normalda bir o qədər də yüksək post hesab olunmayan görəvindən oliqarxa çevrildiyi qeyd olunurdu. R.Babaşovun sadalanan varidatı onun normal məmur əmək haqqı ilə nəinki alınmadığını, hətta bu haqda düşünməyin belə absurd olduğu qənaətini yaradır. Belə ki, R.Babaşovun yalnız Fatmeyi kəndindəki villasının dəyərinin bir neçə milyon manat olduğu, bundan əlavə paytaxtın müxtəlif yerlərində evlərinin, bahalı avtomobillərinin, o cümlədən regionlarda mülklərinin, xaricdə böyük dövriyyəsi olan şirkətlərinin və s. olması qeyd olunur.
Əvvəla R.Babaşovun vəzifəsinə Azərbaycan reallığından yanaşmasaq o sıradan bir dövlət görəvlisidir. Yəni sivil ölkələrdə, məsələn Norveçdə ölkənin Baş naziri işə velosipedlə gəlirsə və bu normal qarşılanırsa, Azərbaycanda isə Baş nazirdən yüz dəfə kiçik bir məmurun yaşadığı yalnız bir villanın dəyəri milyonlarla ölçülür. Bəs bu məmurun əldə etdiyi külli miqdarda varidatın mənbəyi haradandır? Yenə də mətbuatdakı yazılara istinad etsək cavabı tapmaq bir o qədər də çətin deyil. Rəcəb Babaşovun patronu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun olması iddia edilir.

Cavid Qurbanovun özü isə Azərbaycanda oliqarx – məmurlar siyahısındadır. Oliqarx – məmurun patronluğu altında fəaliyyət göstərən Rəcəb Babaşov haqqında mətbuatda yer alan informasiyalarda qeyd olunur ki: “Azərbaycanı çapıb talayan, büdcənin pullarının iri həcmdə oğurlandığı dövlət orqanlarından ən mühümü Vergi Sistemidir. Bu sistemdə pul oğurlamaq işində ən mühüm sahə kimi isə Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentidir. Belə ki bu departament “iri çaplı” vergi ödəyiciləri olan banklar, sığorta təşkilatlarıda daxil olmaqla, digər böyük şirkətlərdən alınan “paketlər”in bölgüsünü aparır, eyni zamanda həmin vəsaitləri aidiyyatı qurumlara çatdırmaqla nazirliyin fəaliyyətində xüsusilə seçilir. Departamentin işinin idarə edilməsində rəis müavini postunu tutan Rəcəb Babaşovun xidmətlərini xüsusilə vurğulamaq lazımdır. Bu şəxs Azərbaycanın ən güclü oliqarxlarından sayılan Cavid Qurbanovun yaxın adamlarından biridir. Etibarlı mənbələrdən əldə olunan məlumata görə Fazil Məmmədovun qara kassadakı payıda bu şəxs tərəfindən çatdırılır. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyonlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassada xüsusi xidmətləriylə seçildiyinə görə, özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Onun Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahının dəyəri milyon manatdan çoxdur. Bayıldakı Aran restoranı, Aran kafesi və 077-lər adlı avtoyuma məntəqələri, Türkiyə və Almaniyada dövriyyəsi böyük məbləğlərlə ölçülən biznesi, olduqca bahalı ailə avtomobillərinə nəzər salsaq görərik ki bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib.
Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstək olan Sabirabad Rayon İcra Hakimiyyətinin I müavini, Rəcəb Babaşovun bibisi oğlu Həsən Həsənovdur. Rəcəb Babaşov sahibkarlara məhz Həsən Həsənov vasitəsilə divan tutur. R.Babaşov Cavid Qurbanov tərəfindən “qoruma” altında olduğuna görə ona heç kim “bata” bilmir – dia.az.img1586433
Göründüyü kimi ADY QSC-nin sədrinin himayə etdiyi iddia edilən şəxsin əməlləri sadəcə kriminaldır. Və bu məsələdən əgər cənab Qurbanov xəbər tutursa, eyni zamanda tədbir görülməsi üçün aidiyyatı strukturlara məlumat vermirsə, deməli ADY QSC-nin sədrinin Rəcəb Babşovun əməlləri ilə kəsişən məqamları var. Yox əgər məsələdən cənab Qurbanov xəbərsizdirsə… Əslində isə bu faktda özünü doğrultmur. Çünki bir çox media orqanı artıq cənab babşovun əməlləri ilə bağlı müxtəlif həcmli yazılar dərc edib. Hesab edirik ki, bu məsələyə cənab Qurbanovun münasibət bildirməsi üçün onlarla media qurluşu var. O cümlədən Conflict.az məsələnin aydınlaşdırılması üçün ADY QSC-nin rəisinə istənilən formada media dəstəyi göstərməyə hazırdır. Onu da qeyd edək ki, cənab Qurbanovun məhz özü ilə də bağlı da qalmaqallı məsələlər artıq mətbuatda yer almaqdadır. Belə ki, C.Qurbanovun müdafiə etdiyi iddia edilən Rəcəb Babaşovun, “MTN işi” ilə bağlı adının hallanmasından ehtiyat edərək ölkəni tərk etdiyi bildirilir. Mətbuat məhz bu şəxs vasitəsilə Cavid Qurbanovun da adının “MTN işi”ində əlaqələndirilməsindən ADY QSC-nin rəisinin xeyli narahat olduğu qeyd edilir. O da vurğulanır ki, Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşovun paytaxtda, o cümlədən regionlarda sahib olduğu böyük biznes imperiyasını əldə etməkdə ən mühüm rolu da MTN-çilər oynayıblar. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovun da qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri» kimi tanınır. O da qeyd edilir ki, Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlanılması işləri daha da amansız şəkildə həyata keçirilir. Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər. İri vergi ödəyicisi olan hüquqi şirkətlərin törəməsi olan bütün MMC-lərə qarşı da çox amansız davranışlar nümayiş etdirilir.
Bu gün Conflict.az-a daxil olan məlumatda bildirilirdi ki, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla bağlı informasiyalar dərc edən media orqanlarına təsir etmək üçün müəyyən adamlar hərəkətə keçiblər. Bu gün Conflict.az-a da eyni xarakterli kifayət qədər zənglər olub. Məlumatda o da qeyd edilir ki, C.Qurbanovla bağlı yazıların saytlardan götürülməsi prosesinə millət vəkillərindən biri rəhbərlik edir.
Teef.info olaraq yazıda adı çəkilən qurumların və şəxslərin də mövqeylərini dərc etməyə hazırdır.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın