Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Vasim Məmmədəliyev və Ziya Bünyadov haqqında deyilənlərə DƏSTƏK: “Quran”ın tərcüməsində kifayət qədər səhvlər var”

Vasim Məmmədəliyev və Ziya Bünyadov haqqında deyilənlərə DƏSTƏK: “Quran”ın tərcüməsində kifayət qədər səhvlər var”

“Kimin deməsindən asılı olmayaraq, qeyd etmək lazımdır ki, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməsində kifayət qədər yanlışlıqlar və xətalar var. Nə qədər ki, müqəddəs kitab şəxsi maraq və şöhrət naminə tərcümə masasının üzərinə qoyulacaq, kamil tərcümədən söhbət gedə bilməz”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, ərəbşünas alim İdris Abbasov ilahiyyatçı Elşad Mirinin “Quran”ın tərcüməsi ilə bağlı fikirlərinə münasibət kimi vurğulayıb.

 

İdris Abbasov bu gün sürətlə tərcümə olunan nümunələrdə həm üslub, həm də orfoqrafik səhvlərin çoxluğunu qeyd edib:

“Bu məsələyə bir il bundan əvvəlki yazılarımda ötəri də olsa toxunmuşdum. Bu gün əlimizdə “Qurani-Kərim”in istər türkcə, istər rusca, istərsə də azərbaycanca, bir sözlə, dünyanın bir çox aparıcı dillərində xeyli sayda tərcümə variantları var. Qəribədir, bu tərcümələrin çoxu 1-2 il ərzində bir və ya iki nəfərin iştirakı ilə ərsəyə gəlir. Özü də ildırım sürəti ilə. Təbii ki, belə olan halda nəinki orfoqrafik səhvlər, hətta Allahın dediyi ilə uzlaşmayan semantik-üslub yanlışlıqları da olacaq. “Quran”ı tərcümə etmək artıq dəb halını alıb.

Qeyd etdiyim kimi, dil ümumiliyi olan Cənubi Azərbaycanda, Türkiyədə bizim “Quran” tərcümələrimizdən çox-çox əvvəl çoxlu sayda tərcümələr ortaya qoyulub. Bəli, hətta bir şəxs, məsələn, ana dili müəllimi həmin tərcümələrlə müqayisə aparıb 1-2 ilə “Quran”ı tərcümə edə bilər.

Bu gün “Quran”ın tərcüməsindənsə, düzgün təfsirlərə, izahlara daha çox ehtiyac var. İlahiyyatçılar bu istiqamətdə çalışsalar, daha məqsədəuyğun olar. Sözün həqiqi mənasında ruhumuzu inancla qidalandırmasaq, yaxud belə bir niyyətimiz olmasa, nə “Quran”ın tərcüməsinin, nə təfsirinin, nədə  etdiyimiz ibadət və ayinlərin cəmiyyətin cəhalətə, fanatizmə, dini zəmində qarşıdurmaya yuvarlanmasının qabağını kəsə bilməyəcəyik.

Çünki ən mükəmməl davranış modelinin reallaşması inanclı cəmiyyətlərə məxsusdur. İnancsız cəmiyyətin üzvləri isə bir-birinə qarşı qəddar və amansız olur, nizam pozulur. İnanc isə Həccə getmək, namaz qılmaq, yaxud təsbeh çevirməklə qətiyyən qazanılası bir şey deyil.

Böyük Füzuli demişkən, “Hər kəsin ki, zatında vardır şərarət küfrü, İstilahati-ulum ilə müsəlman olmaz”. Alimin fikrincə, indi “Quran”ın bir, yaxud iki ayəsini kontekstdən çıxarıb mənfi yerə yozan həkim, baytar və zooloqlarımız da az deyil: “İnsanlar şeytandan qorxur, amma ona sitayiş edirlər. Rəhman və rəhim olan Allahdan qorxmadıqları üçün ərköyünləşirlər. Allah onları da hidayət etsin!

Elşad Miri  Modern.az saytına müsahibəsində akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun tərcümə etdiyi “Quran”da yanlışlıqların üzə çıxdığını vurğulayıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın