Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Vasif Talıbovun səlahiyyətlərini o icra edəcək

Vasif Talıbovun səlahiyyətlərini o icra edəcək

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib.

“Qafqazinfo”nun məlumatına görə, onun vəzifələrinin müvəqqəti icrası birinci müavini Azər Zeynalova tapşırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, Azər Zeynalovun 52 yaşı var. O, 2005-ci ildən Ali Məclisin deputatıdır. 10 saylı Şərur seçki dairəsindən deputat olan Zeynalov 2015-ci ildən sədrin I müavinidir.

Xatırladaq ki, Vasif Talıbov 27 ildir Ali Məclisin sədri idi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …