Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Vasif Talıbov İranda səfərdədir – FOTOLAR

Vasif Talıbov İranda səfərdədir – FOTOLAR

“İran  Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafında qətiyyətli və ciddidir”.

Bunu İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian Iranda səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.

M.Kərbasian  Həsən Ruhaninin prezidentliyi dövründə  Azərbaycan və İran arasında əlaqələrin inkişafından danışıb:  “Bu müddət ərzində  iki ölkənin prezidentləri  10 dəfə bir-biri ilə görüşüb.  Azərbaycan prezidenti İlham Əliyevin  Tehrana sonuncu səfəri zamanı iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzərinə önəmli  öhdəliklər qoyulub”. M.Kərbasian İran və Naxçıvan MR arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu  vurğulayıb: “Biləsuvarda,  Poldəşt və  Polçubi (Culfa) sərhəd keçid məntəqələrində  əməkdaşlıqlarımız artırılmalıdır.  Ticarət, turizm,  bankçılıq,  tranzit, sənaye və dəmir yolu sahəsinə əməkdaşlıqları daha da inkişaf etdirməliyik”. 

Görüşdə V.Talıbov  İran və Naxçıvan MR arasında  iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin  zəruriliyindən danışıb.  O İran və Naxçıvan MR ilə əməkdaşlıq mehvərlərini elektrik enerjisinin mübadiləsi,  İrandan qazın alışı, kənd təsərrüfatı sahəsində əməkdaşlıq kimi məsələlər olduğunu vurğulayıb. V.Talıbov Naxçıvanda ildə  20 meqavat günəş enerjisi istehsal olunduğunu vurğulayıb və deyib ki, bu il  Naxçıvan MR və İran arasında  80 milyon kilovat enerji mübadiləsi olub. “Bu həcmin daha da artırılmasına hazırıq”, deyə. V.Talıbov vurğulayıb. O qeyd edib ki,  Naxçıvan MR  yağıntıların çox olduğu fəsillərdə  su elektrik stansiyasında  daha çox enerji  istehsal edir və artıq istehsal olunan enerjinin İrana satılması haqqında danışıqlar aparmağa hazırdır. (APA)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …