Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Vəkillər Kollegiyasından hüquq adına daha bir ANOLOQSUZLUQ…

Vəkillər Kollegiyasından hüquq adına daha bir ANOLOQSUZLUQ…

05 Sentyabr 2016 tarixində Az.Resp.Vəkillər Kollegiyasında üzvlüyümü bərpa etdikdən və 11 nömərli hüquq məsləhətxanasına qeyd edildikdən tam 1 həftə sonra, VK Rəyasət Heyəti tələm-tələsik mənim vəkilliyimi ləğv elədi.
Səbəb kimi gülməli bəhanə göstərdi – 5 il əvvəl aktiv vəkilliklə məşqul olmayıb, pedagoji fəaliyyətlə məşqul olmağım göstərildi. Dedilər ki o vaxt vətəndaşlara çox hüquqi yardım göstərməmisən, bu səfər də bəlkə göstərmədin. Ən maraqlısı da budur ki VK Rəyasət Heyəti AUDİ ALTERAM PARTEM deyilən şeyin nə olduğunu əlbəttə ki bilmir – bir insanın müdafiəsini almadan onun haqqında qərar verilə bilməz!
Əcaba, Vəkillər Kolegiyasının Rəyasət Heyətini çəkindirən hadisə nə olub? ictimai fəal şəxs olmağımmi? Bəlkə də düşünüblər ki, beləsini qəbul edib sonradan çıxarmaqdansa elə bəri başdan çıxaraq, nə özünün nə də bizim başımız ağrımasın.
Qeyd edim ki bir hüquq professoru kimi, cəmiyyətimizə öz töhfəmi verməyə davam edəcəm, hüquq kitabları və dərslikləri yazacam, savadlı hüquqşünas nəsillərin yetişməsinə öz töhfəmi verəcəm.
Vəkillər Kollegiyası ilə də olan mübarizəmi İnzibati Məhkəməyə daşıyıb-daşımamaq haqqında qəti qərar verməmişəm.
Fərhad Mehdiyev, 
hüquq elmləri doktoru, professor

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın