Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Uşaqlar arasında yoluxucu virus yayılıb – VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlar arasında yoluxucu virus yayılıb – VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.
Azinforum.az Azvision.az-a istinadən bildirir ki, bu barədə Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. O deyib ki, hələ 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayılmışdı:
“Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir”.
C.İsayev qeyd edib ki, hazırkı dövrdə Azərbaycan üçün epidemioloji situasiya təhlükə təşkil etmir. “Uşaqlar arasında hazırda yayılan virusun nə olduğunu dəqiqləşdirmək lazımdır. Adi kliniki xəstəxanalarda laborator müayinə aparmaq çətindir və bunun dəqiq müayinəsi lazımdır”.
Baş infeksionist əlavə edib ki, epidemioloji situasiya gərgin olmadığı üçün bahalı müayinələr aparmağa ehtiyac qalmır: “Pediatrların qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı kütləvi müraciət yoxdur. Düzdür, eyni simptomlarla müraciət edənlər var, lakin kütləvi şəkildə deyil.
Uşaqlar arasında yayılan bu infeksiyalar ciddi təhlükə təşkil etmir”

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın