Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Uşaq öldürdüyü deyilən dərmanlarla bağlı araşdırma başladı

Uşaq öldürdüyü deyilən dərmanlarla bağlı araşdırma başladı

Bu gün sosial mediada və mətbuatda “Azərfarm” şirkətinə məxsus Perehidrol (perekis 30%) və kalsi-xlorid məhlullarına etiketlərin səhv vurulması nəticəsində iki uşağın zəhərlənərək ölməsi xəbərləri yayılıb.

Xəbərdə qeyd edilir ki, üzərində Perehidrol yazılmış qabın içində tərkibi məlum olmayan məhlul olub. Hətta bundan sonra Səhiyyə Nazirliyi həmin dərmanların yığışdırılması ilə bağlı apteklərə xəbərdarlıq edib. Lakin dərmanların tam yığışdırılması mümkün olmayıb.

Qeyd edək ki, “Azərfarm” şirkətinin rəsmi internet səhifəsində hər iki dərmanla bağlı məlumat yerləşdirilib. Həmin məlumat belədir:

“Kalsium xlorid 5% 100 ml” məhlulu.

İstifadəsinə göstərişlər:

ATS-kod: A12AA07

Kalsiuma yüksək tələbat (hamiləlik, laktasiya, orqanizmin boyatma periodu), müxtəlif mənşəli və lokalizasiyalı qanaxmalar (ağciyər, mədə-bağırsaq, burun, uşaqlıq və s.), allergik xəstəliklər və təzahürləri (zərdabi xəstəlik, örə xəstəliyi, gicişmə, Kvinke ödemi), bronxial astma, spazmofiliya, alimentar distrofik ödem, tetanus, ağciyər vərəmi, raxit və osteomalyasiya, qurğuşun sancısı, hipoparatireoz, hipokalsemiya, damarların yüksək keçiriciliyi (hemorragik vaskulit, şüa xəstəliyi), parenximatoz hepatit, toksiki heptatit, nefrit, eklampsiya, maqnezium duzları, oksalat və ftor turşuları ilə zəhərlənmələr, ekzema, psoriaz, paroksizmal mioplegiyanın hiperkaliemik forması, doğuş fəaliyyətinin zəifliyi, iltihabi və eksudativ proseslər (pnevmaniya, plevrit, adneksit, endometrit və s.).

Əks göstərişlər:

Hiperkalsemiya, ateroskleroz, trombozlara meyllilik.

Əks təsirləri:

Daxilə qəbul zamanı epiqastral nahiyədə ağrı, qıcqırma. Venadaxili qəbul zamanı istilik hissi, üzün hipertermiyası, bradikardiya, venaya sürətli yeritmə zamanı ürək mədəciyinin fibrilyasiyası.

Xüsusi göstərişlər:

Əzələ daxilinə qəbul etmək olmaz, bu zaman hüceyrələrin nekrozlaşması baş verə bilər (kalsium xloridin yüksək konsentrasiyası 5%-dən başlayaraq güclü qıcıqlandırma yaradır). Kalsium xloridin v/d qəbulu zamanı əvvəl ağızda sonra bütün bədəndə istilik hissi yaranır (əvvəllər kalsium xloridin venaya daxil olması ilə istilik hissinin yaranması arasındakı zamandan qanın axma sürətini təyin etmək üçün istifadə edirdilər).

Qatı hidrogen peroksid məhlulu (Perhidrol):

İstifadəsinə göstəriş: Selikli qişaların iltihabi xəstəliklərində (stomatit, angina), irinli yaralarda yaxalama və sürtmə üçün məhlul şəkilndə istifadə edilir. Dermatoloji praktifada depiqmentasiyaedici vasitə kimi istifadə olunur.

Əks göstərişlər: yüksək həssaslıq.

Əks təsirləri: Allergik reaksiyalar (nadir hallarda), yara nahiyəsində yanğı hissi.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Ağır metalların duzları və əsasları ilə parçalanır və aktivliyini itirir.

Təhlükəsizlik qaydaları: Preparatın gözə düşməməsinə diqqət etmək lazımdır, boşluqları yumaq və okkluzion sarğılarda istifadə etmək tövsiyə olunmur.

Bu dərman Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin qadağan edilmiş dərmanlarla bağlı siyahısında yer almayıb.

2013 və 2014-cü ildə qadağan edilmiş dərmanların siyahısında istehsal edilmiş firmadan asılı olmayaraq hər iki dərmanın adına rast gəlinmir.

“Azərfarm”dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, dərmanlar apteklərə verilməzdən əvvəl müvafiq yoxlamadan keçirilir. Lakin şirkət araşdırma aparmadan açıqlama verməyə tələsmir.

Səhiyyə Nazirliyi də dərmanlarla bağlı araşdırmaya başlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytınadeyib ki, sözügedən dərmanlardan istifadə olunandan sonra iki uşağın ölməsi xəbəri təsdiqlənməyib. Buna baxmayaraq nazirlik hərtərəfli araşdırma aparır. Nazirlik tərəfindən apteklərə xəbərdarlıq da edilməyib: “Peroksid xüsusi iyə malik dərmandır və digər məhlullardan seçilir”.

Anar Qədirli ona istinadən yayılmış məlumatları da təkzib etdi:“Doğrudur, nazirlik məlumatı araşdırır. Lakin biz bu dərmanlardan istifadənin qadağan olunması və ya tövsiyə edilməməsi ilə bağlı açıqlama verməmişəm”.

Həkim Təranə İsayeva saytımıza açıqlamasında deyib ki, istənilən dərman vasitəsinin, o cümlədən hər iki dərmanın yan təsirləri mövcuddur: “Saxta dərmanlar orqanizmə mənfi təsir göstərə bilər. Dərman saxta olmadığı halda belə allergiyası olan uşaqlarda pis nəticələrə gətirib çıxarar. İstənilən dərman preparatı həkim tövsiyəsi olmadan istifadə edilməməlidir. Amma bu dərmanların saxta variantının apteklərə yol açması yalnız ehtimallardır. Dərmanların tərkibindən şübhələnən vətəndaşlar Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlatdıra bilər. Bunun üçün əlavə pul ödənilmir”.

Nazirlik isə əmin edir ki, araşdırmaların nəticəsi ictimaiyyətə açıqlanacaq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın