Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / TÜRKİYƏYƏ BİR QUCAQ PUL APARAN QADIN KİMDİR? – Oğlu sahib çıxdı

TÜRKİYƏYƏ BİR QUCAQ PUL APARAN QADIN KİMDİR? – Oğlu sahib çıxdı

SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin ətrafında baş verən proseslər hələ də mətbuatın gündəmindədir. Həyat yoldaşının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması ilə bağlı fotofaktlara münasibət bildirən Q.Mehdiyev ilk növbədə fotolardakı qadının həyat yoldaşı olmadığını deyib: “Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm.
Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib.
tapuEv 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir”.
Bütün hallarda ortada çoxlu sayda suallar var. Çünki Q.Mehdiyev həyat yoldaşının Bodrumda bir ev aldığını təsdiqləsə də, ümumiyyətlə, fotodakı qadından imtina edir. Bu faktları yaxın bir ailə dostlarının yaydığını bildirərək digər tərəfdən də yazılanları dolayısı ilə təsdiqləyir.

Bəs indiki halda məsələnin araşdırılması hansı yöndə davam etməlidir? Məlum fotodakı qadının kimliyini necə müəyyənləşdirmək olar? SOCAR, hüquq-mühafizə orqanları, eləcə də bu faktı ilk yayan media orqanları onun izini davam edəcəkmi?

126709_src
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında bildirib ki, yazının mətnindən və fotofaktlardan hadisənin Türkiyədə qeydə alındığı görünür. Müsahibimiz bu hadisənin araşdırılması ilə bağlı onlara hər hansı sorğunu daxil olmadığını, bu səbəbdən də onun Respublika Prokurorluğunun araşdırma predmeti olmadığını bildirdi: “Hazırda bununla bağlı heç bir araşdırma aparılmır”.
muzeffer_baxis-300x223Müstəqil hüquqşünas Müzəffər Baxış isə hesab edir ki, əgər bu məsələ faktlarla, sübutlarla mediada öz əksini tapıbsa, Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə, hadisə xaricdə baş versə də, hüquq-mühafizə orqanları onu araşdırmalıdır. Müsahibimizin sözlərinə görə, faktı üzə çıxaran media orqanı – haqqın.az onun sona qədər araşdırılmasında maraqlıdırsa, Cinayət Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə, bu korrupsiya faktlarını Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməlidir. Bu halda baş idarə bunu araşdıracaq: “Araşdırma zamanı ekspertiza təyin edilməlidir. Həmin vaxt pul daşıyan qadının kimliyini də üzə çıxarmaq asan olacaq. Buna ilk növbədə həvəs olmalıdır. SOCAR elə bir strukturdur ki, prezident göstəriş versə, orda həmin məmurla bağlı ciddi araşdırma aparılacaq”.
5814_otc5pjxee1Faktı yayan media orqanının – haqqın.az saytının rəhbəri Eynulla Fətullayev isə bizə açıqlamasında bundan sonra sözügedən mövzuda tutacaqları mövqeyi açıqladı. Müsahibimiz öncə Q.Mehdiyevin müsahibəsindəki bir məqama toxundu:“Qiymət Mehdiyev müsahibəsində qeyd etdi ki, həmin sənədləri təqdim edən ailə dostlarıdır. Aydın məsələdir ki, biz necə əldə edə bilərdik? Üstəlik, ailə dostlarıdırsa, onun həyat yoldaşını da tanıyırlar və yanlışlığa yol verməzlər. Bunu yayan türk iş adamları bizdən öncə bir teleradio şirkətinin rəhbəri ilə də görüşüblər. Onlar deyiblər ki, bu sənədləri Azərbaycan jurnalistləri çap etməsələr, Türkiyə və Almaniya mediasına veriləcək. Bu, onların əlində olan sənədlərin cüzi hissəsidir. Çoxlu sənədlər də var. Onların bildirdiyinə görə, SOCAR onlara bir layihə sifariş edib. Amma daha sonra SOCAR bunu icra etməyib. Söhbət 934 min dollarlıq layihədən gedir. Biz yazıda da qeyd etmişdik ki, həmin sənədlərin üzə çıxarılması bir qisas əməliyyatının nəticəsidir. Türklər bildiriblər ki, Azərbaycan tərəfi öhdəliyi pozub. Bizə bunu bildirdilər. Jurnalistin işi öz işini vicdanla görməkdir”.

E.Fətullayev bu araşdırma çərçivəsində qarşı tərəfin mövqeyini niyə öyrənmədiklərini də açıqladı. Dedi ki, Azərbaycan reallığı şəraitində yaşayırıq və qarşı tərəfin fikrini öyrənməyə cəhd etsələr, şantajda ittiham olunacaqlarını bilirlər: “Bilirəm ki, müəyyən mənada jurnalistika prinsiplərini pozmuşam. Ona görə də qərara gəldim ki, sadəcə, sənədləri yayım. Bu insan etiraf edir ki, bu evin birini alıb. Hətta deyir ki, normal ailə ala bilər. Mən şəxsən özümü normal ailənin üzvü hesab edirəm. Amma bizim Bodrumda villamız yoxdur.
Biz hələlik rəsmi mövqe gözləyirik. SOCAR bəyan etmişdi ki, araşdıracaqlar. Mən düşünürəm ki, biz bunun nəticəsini gözləməliyik. Əlbəttə ki, burdan Bodruma səfər edib, yerində araşdırmaq byük zəhmət tələb etmir. Amma öncə SOCAR öz mövqeyini bildirsin. Hüquq-mühafizə orqanları sözünü deyəcək. Ondan sonra yenidən bu mövzuya qayıtmaq olar. Qiymət Mehdiyev özünü təkzib edir. Bir tərəfdən deyir ki, bu ev onun həyat yoldaşı tərəfindən alınıb. Digər tərəfdən deyir ki, fotodakı xanım həyat yoldaşı deyil. Məntiqi ardıcıllığın pozulduğunu oxucu da görür”.
243815“Yeni Müsavat” isə xəbər verir ki, yanvarın 25-də özünü Qiymət Mehdiyevin oğlu Qismət Mehdiyev kimi təqdim edən şəxs redaksiyaya zəng vuraraq, saytdan ona məxsus fotoların yığışdırılmasını tələb edib. Q.Mehdiyev bildirib ki, anası və atası ilə bağlı yayılan xəbərlərə şərh vermək istəmir. Amma xaricdə təhsil alan gənc fotolardakı qadının anası olduğunu da inkar etməyib: “Bu, onların şəxsi həyatıdır, mən qarışmaq istəmirəm”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın