Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Türkiyəlilərin ən çox sevdikləri Azərbaycan mahnıları- ARAŞDIRMA

Türkiyəlilərin ən çox sevdikləri Azərbaycan mahnıları- ARAŞDIRMA

Azərbaycanın bir çox xalq və bəstəkar mahnıları ölkə sərhədlərini aşaraq, dünyanın bir çox ölkələrində, xüsusən də, qardaş Türkiyədə sevilib. Türkiyəli sənətçilər zaman-zaman bu mahnılara müraciət edib. Nəticədə mədəniyyət, musiqi faktoru qan yaxınlığına əlavə çalar qatıb, qardaşlıq meyarını gücləndirib.
Moderator.az saytının təqdim etdiyi siyahı həmin mahnıların yalnız bir hissəsidir. Lakin bir hissəsini də yazmaq gərək ki, aramızda olan musiqi, mədəniyyət yaxınlığı da əyan olsun:
“Ayrılıq”- O tay-bu taylı Azərbaycan musiqi aləminin korifeylərindən sayılan  Yaqub Zurufçu ilə məşhurlaşan “Ayrılıq” mahnısı Türkiyədə də sevilməyə başladı.  İfa tərzindən asılı olmayaraq əksər tük sənətçisi bu mahnıdan bir parça da olsa, əzbər bilir. “Ayrılıq” ilk dəfə 1958-ci ildə Təbriz radiosunda səsləndirilib. Güney azərbaycanlı mərhum müğənni Fatma Qənnadi mahnının ilk ifaçısı olub. Daha sonra böyük sənətkarlar Rəşid Behbudov, Yaqub Zurufçu, Flora Kərimova mahnını mükəmməl səviyyədə ifa etdilər. Məhz o ərəfələrdə “Ayrılıq” Türkiyədə də sevildi. Zəki Müren, Barış Manço, Əməl Sayın, Selda Bağcan, Müslüm Gursəs, Fateh Qısabarmaq kimi məşhur ifaçılar “Ayrılıq”ı bütün Türkiyədə sevdirdilər.
yaqub zurufcu AYRILIQ ile ilgili görsel sonucu
“Sarı gəlin”– Ümumiyyətlə, “Sarı gəlin” təpədən-dırnağa Azərbaycana məxsus olan xalq mahnısıdır. Bəzən, onu ortaq türk dünyasına da aid edirlər. Bəzənsə, Anadolu türküsü kimi göstərirlər.  Mahnı Oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrındadır. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə olan bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir. Selda Bağcan, Yavuz Bingöl, Cem Adrian, Ezo Gənc, Kıraç, Sibel Pamuk, İbrahim Erkal, Sevcan Orxan kimi sənətçilər “Sarı gəlin”i ölkələrində sevdiriblər.
sarı geli ile ilgili görsel sonucu
“Laçın”- Dillər əzbəri olan xalq mahnımız bu gün də Türkiyədə xeyli ifaçılar tərəfindən oxunur və tamaşaçıların sevimli mahnısı kimi bilinir. Yurd, yar sevgisini ifadə edən həzin mahnı -“Laçın” qardaş Türkiyədə çox zaman “Ay Laçın” kimi təqdim edilsə də, bunun çox da böyük fərqi yox. İfası sanki bulaq səsini, çay şırıltısını xatırladan mahnının Türkiyədə Selda Bağcan, Dəniz Təkin, Çiğdəm Taştan, Selva Erdener,  “Ezginin günlüyü” qrupu, Ömər Faruk kimi ifaçılar da səsləndirib.
AY LAÇIN ile ilgili görsel sonucu
“Arzu qızım”- Unudulmaz bəstəkarımız Ələkbər Tağıyevin ilk not məhsullarından olan “Arzu qızım”ın ən mükəmməl ifası təbii ki, Xalq artisti Zeynəb Xanlarovaya məxsusdur. “Arzu qızım” mahnısı xanım adının mahnıya verildiyi ilk musiqi əsərlərindən biridir. Ə.Tağıyevin bu bəstəsi onun “Sən gəlməz oldun”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları ilə bərabər türk və rus müğənniləri tərəfindən ifa edilib. “Arzu qızım” hətta türklərin “Yaşılcam” kino-karporasiyasının çəkdiyi bir neçə filmdə də səsləndirilib. Zəliha, Güldən Qaraböcək, Arzu Ağmeşə,  Məryəm Şənocaq, Sönər Olgün, Muzəffər Akgün kimi ifaçılar “Arzu qızım”ı sevə-sevə ifa ediblər.
ARZU QIZIM ile ilgili görsel sonucu
 “Ay qız” – “Məni atdın ay qız, ay qız atəşə, bəsləməkdir eşqini hər zaman peşə” misraları ilə başlayan mahnının  bəstəkarı Cahangir Cahangirov, sözlərinin müəllifi isə Zeynal Cabbarzadədir. Azərbaycanda bu mahnını demək olar ki, böyük sənətkarların hamısı ifa edib. Muğam ifaçılarından tutmuş, klassik estrada nümayəndələrinə kimi… Türkiyədə isə mahnının sevilməsi və zaman-zaman dinlənməsi Əhməd Qaya, Rüştü Asyalı, Muazzez Abacı,  Cem Adrian, Nurəddin Yıldız, Əsra Dalfidan, o cümlədən, “Əzginin günlüyü” nün ifaları sayəsində baş tutub.
AHMET KAYA AY KIZ ile ilgili görsel sonucu
 
“Sizə salam gətirmişəm”– Mahnı ilk dəfə olaraq yuxarıda adını çəkdiyimiz Fatma Qənnadi tərəfindən  Təbriz radiosunda səsləndirilib. “Ayrılıq” mahnısı ilə demək olar, eyni taleyi yaşayıb. Burada böyük bir məntiq var- hər iki mahnı o tayla bu tay Azərbaycanının həsrətini, ağrı-acısını əks etdirir. Bu həsrətin Türkiyədə də sevilməsi bu ölkənin bizə nə qədər doğma və nə qədər yaxın olduğunu göstərir.  “Sizə salam gətirmişəm” i bu gün Türkiyədə böyüksən kiçiyə hamı bilir, bəlkə də… İbrahim Tatlısəsdən tutmuş, səhnəyə yeni gələn müğənnilərə qədər hamı bu mahnını oxuyub. Amma ən məşhur ifaçıları Hülya Suer, Makbule Uysal, Emin Demir, Selam Gezer, İzzet Altınmeşə, Orxan Hakalmaz, Gökmən və başqalarıdır.
 
 
SİZE SELAM GETİRMİSEM ile ilgili görsel sonucu

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın