Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Türk mediasından sensasion məlumat: Həbslərdən qurtulan generallar PKK-ya sığınıb?

Türk mediasından sensasion məlumat: Həbslərdən qurtulan generallar PKK-ya sığınıb?

Türkiyədə, 15 iyul hərbi çevrilişinin uğursuzluqla nəticələnməsindən sonra qaçan müxtəlif rütbəli 288 zabitlə bağlı sensasion məlumat yayılıb. 
Musavat.com-un Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən yaydığı məlumata görə Türkiyə kəşfiyyatı 60-a yaxın hərbçinin PKK terror təşkilatına sığındığını təsbit edib.
Qəzetin xəbərinə görə hərbi çevriliş təşəbbüsünün nəticəsiz qaldığını gördükdən sonra panikaya düşən xuntaçı hərbçilər vaxt itirmədən Türkiyə sərhədlərini tərk etməyə başlayıblar.
Aralarında  general-mayor (tuğgeneral) rütbəli 3 hərbçinin də olduğu 60 nəfərlik heyət Skorski helikopteri ilə Silopiyə (Şırnak) hərəkət edib.
Qaçan hərbçilərə hərbi çevriliş sırasında gizir Ömər Halisdemir tərəfindən alnından vurularaq öldürülən çevrilişçi general Semih Terziyə bağlı Silopidəki xüsusi təyinatlıların bazasında xidmət göstərən heyət kömək edib.
Həmin heyət 60 hərbçinin Habur sərhəd məntəqəsindən Şimali İraqa keçməsinə şərait yaradıb.
MİT və Baş qərargahın təsbitlərinə görə 3 general və qalan əsgərlər Zahoda PKK-lı terrorçular tərəfindən qarşılanaraq Qəndildəki əsas bazaya götürülüblər.
Türkiyənin Müdafiə naziri Fikri İşık hərbi çevriliş cəhdindən sonra 288 hərbçinin fərari statusunda olduğunu bildirib. Onlardan 9-u generaldır. Fərari türk general və admirallar bunlardır: vitse-admiral Mustafa Zeki Uğurlu, general-mayor Mehmet Nail İgid, general-mayor Ali Kalyonçu, kontr-admiral Ayhan Bay, kontr-admiral Nazmi Ekici, kontr-admiral İrfan Arabacı, kontr-admiral Ali Suat Aktürk, kontr-admiral Heyrettin İmran və general-mayor Mehemt Zeki Kıralp.
9'u general olmak üzere 288 asker firari durumda.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın