Ana səhifə / Gündəm / Trest rəhbəri Rövnəq Abdullayevi aldadır

Trest rəhbəri Rövnəq Abdullayevi aldadır

Bildiyimiz kimi hər il bəzi müəssisələrdə ixtisarlar gedir. İxtisar aparılan dövlət qurumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Burada ixtisarlar ARDNŞ rəhbərliyi ilə ARDNŞ Həmkarlar İttifaqı Komitəsinin birgə əmr-qərarına əsasən aparılır və bu zaman işçiyə müəyyən müavinətlər ödənilir. Bu qurumda gedən proseslər və çatışmazlıqlarla bağlı araşdırmalar aparmaq və vaxtaşırı çıxış etmək qərarına gəldik. Öncə ARDNŞ-nin struktur bölmələrindən olan Kompleks Qazma İşləri Trestindən başladıq. Qısa araşdırmadan sonra məlum oldu ki, rəhbəri İskəndər Şirəli adlı bir neftçi-mütəxəssis olan bu təşkilat  ARDNŞ rəhbərliyinin əmr-qərarlarını dəfələrlə pozub. Trest daxilindəki mənbənin verdiyi məlumata görə Neft Şirkətində pensiya yaşına çatmış insanlar müavinət ödənilməklə işdən çıxarıldığı halda İ. Şirəlinin pensiya yaşını çoxdan ötmüş qohumu hələ işdə saxlanılır. Bundan əlavə ali təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi ARDNŞ rəhbərliyinin əmri ilə yasaq olduğu halda İ.Şirəliyə yaxın olan adamlar ali təhsili olmadan da mühəndis vəzifəsinə təyin edilir. Bundan başqa Trest daxilindəki mənbə qeyd etdi ki, Trestin rəhbərliyi maliyyə haqq-hesabında da ARDNŞ rəhbərliyini aldadır. Belə ki, guya iş görüldü və bu işə xeyli vəsait xərcləndi deyə aktlar hazırlanır, pullar silinir. Lakin əslində ortada heç bir iş yoxdur. Mənbə bunun sübutu kimi bir sənədin kserosurətini təqdim etdi. Bu sənəd bir istismar quyusunun tikintisi və yolun çəkilməsinin başa çatdığını göstərən AKT idi. Daha dəqiq desək, bu akt Trestə aid olan Cəfərli sahəsində yerləşən 37 nömrəli istismar quyusunun  meydançasının  və yolunun tikintisi haqqında aktdır. Mənbə deyir ki, burada xərclər ən azı 10 dəfə şişirdilmiş və çəkilən xərclərin 45900 (qırxbeş min doqquz yüz) manat olduu yazılmışdır. O, daha sonra sözünə davam edərək əlavə etdi ki,  “uzun zaman bu sahədə çalışan mütəxəssis kimi bütün quyularda olmuşam. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, heç aktda göstərilən məbləğin 10 faizi qədər o yerlərə pul xərclənməyib. Bir çoxunda saxta aktlar tərtib olunsa da yol yerli-dibli çəkilməyib, sadəcə olaraq pullar silinib. İnanmırsız araşdırma apara bilərsiz” –deyən mənbə əlavə etdi ki, “gələcəkdə sizə trest rəhbərliyinin yeyintilərini aşakara çıxaran başqa sənədlər də verəcəm”. Araşdırmalardan sonra bu yazını hazırlarkən öyrəndik ki, “strateq.az” saytının əməkdaşlarından olan Namiq Hacıheydərli də məhz həmin adı çəkilən trestin işçisi olub. Məsələ ilə bağlı onun fikrini öyrənməyə çalışdıq. Namiq Hacıheydərli bunları dedi: “Kompleks Qazma İşləri Trestinin rəhbərliyinin haqsız davranışının şahidiyəm. Şəxsən mən özüm ixtisarlar zamanı trest rəhbərliyinin haqsız və ədalətsiz davranışından əziyyət çəkmişəm və bunu heç zaman nə unuda, nə də bağışlaya bilərəm.  Burada rəhbərliyin peşəkarlığa və qabiliyyətə deyil, dostbazlığa, qohumbazlığa önəm verdiyini bilirəm. Lakin yeyintilər barədə əminliklə bir söz deyə bilmərəm. Buna baxmayaraq Trest rəhbərliyinin hökumət rəhbərlərini və ARDNŞ yetkililərini rəqəmlərdə aldatmadığından əmin deyiləm. Ancaq inanıram ki, bu gün ölkədə kadr islahatı gerçəkləşərsə və bu islahat Qazma Trestinin rəhbərliyindən başlanarsa, bundan ən birinci Neft Şirkətinin özü, daha sonra dövlətimiz qazanar”.

Bizə təqdim olunan sənədin üzünü diqqətinizə çatdırırıq.

Hazırda Trestdə çalışan bir neçə şəxslə əlaqə saxladıq. Onlar işdən çıxarılacağından və incidiləcəklərindən ehtiyat etdikləri üçün mənbənin göstərilməməsi şərti ilə bizə maraqlı faktlar verəcəklərini söylədilər. Hələliksə, bir sənədin surətini verdilər. Sənəd nə dərəcədə həqiqəti əks etdirir və nə dərəcədə doğrudur, bunu yoxlamaq müvafiq qurumların öhdəsindədir.

Araşdırmalarımız və fakt təqdimatımız davam edəcək…

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın