Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Torpaqların hamısı Azərbaycana qaytarılacaq”

“Torpaqların hamısı Azərbaycana qaytarılacaq”

“İşğal olunmuş torpaqların hamısı Azərbaycana qaytarılacaq”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Bu razılaşmanın altında Ermənistan baş nazirinin imzası varmı? Var. Bu, ölkəni də razılaşmaya təhkim edir. Daha əvvəl atəşkəsi pozduq, yenə pozarıq desələr, – 3 dəfə pozublar, cavabını alıblar,- belə bir vəziyyətdə də bədəlini ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil. Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbir edib. Bundan sonra seçim Ermənistanındır.

Burada sülh olarsa və Azərbaycan torpaqları geri qaytarılarsa, bundan hər kəs faydalanacaq. Kimə daha çox fayda verəcək?! Region ölkələrinə. Bura Ermənistan da daxildir”,- deyə Çavuşoğlu qeyd edib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …