Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Töhmət almalı şəxs Emin Əmrullayevin özüdür” – SƏRT REAKSİYA

“Töhmət almalı şəxs Emin Əmrullayevin özüdür” – SƏRT REAKSİYA

“Töhmət verilməli yeganə şəxs təhsil nazirinin özüdür”.

Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O, 165 nömrəli tam orta məktəbdə çəkilən videonun doğurduğu qalmaqaldan sonra görülən tədbirləri şərh edib.

Xatırladaq ki, Bakı şəhər Təhsil İdarəsi dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verib. Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlar alıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Üstəlik şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Elşən Qafarov bildirib: 

“Direktor və onun müavinləri hadisə baş verən gün işdə olmayıb. İşçi işdə olmadığı müddətdə tənbeh edilə bilməz. Bu məsələnin bir tərəfidir. İkincisi, baş verənlər nəticədir. 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri isə bəyanat verir ki, bu hadisənin Azərbaycan məktəbləri ilə ümumiyyətlə əlaqəsi yoxdur. Bundan bir neçə saat keçəndən sonra sosial şəbəkədən öyrənirik ki, hadisə həqiqətən də Azərbaycan məktəbində baş verib.

Reallıq budur ki, yeganə töhmət almalı şəxs Emin Əmrullayevin özüdür. Bu məsələdə nə müəllimi, nə də direktoru günahlandırmaq olar. Təhsil sistemində özbaşınalığın nəticəsidir ki, son 3 gündə 3 video yayılıb. Ümumiyyətlə, elə bir həftə yoxdur ki, ümumtəhsil məktəblərində bu kimi hallar baş verməsin”.

E.Qafarov qeyd edib ki, müəllim işini itirməmək üçün şagirdə söz demir:

“Hər dəfə ən xırda məsələlərə görə müəllimə töhmət verilir. Bu artıq müəllimləri o vəziyyətə gətirib ki, onlar işini itirməmək üçün uşağa söz demirlər. Müəllimi bu qədər aşağılamaq üzgün deyil. Müəllimi, məktəbi nüfuzdan salmaq doğru deyil.

Bildiyimə görə, həmin məktəbin direktoru kifayət qədər təcrübəlidir. Hadisədir olub, gəlin araşdıraq ki, məktəblərdə tərbiyə nə yerdədir. Nə vaxta qədər müəllim uşağın şıltaqlığına, qurban veriləcək?!”

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …