Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Tiblisdəki erməni səfirliyi qarşısında aksiya- Girovlarımıza azadlıq tələb olundu + VİDEO

Tiblisdəki erməni səfirliyi qarşısında aksiya- Girovlarımıza azadlıq tələb olundu + VİDEO

Azinforum.az xəbər verir ki, bu gün Gürcüstanın paytaxtı Tiblisi şəhərində yerləşən Ermənistan dövlətinin səfirliyi qarşısında  bir qrup azərbaycanlı fəal icazəli   etiraz aksiyası keçirib. Şəhər meriyası ilə razılaşdırılan aksiyanın başlıca tələbi erməni girovluğunda saxlanılan Azərbaycan vətəndaşları  – Dilqəm Əskərovla, Şahbaz Quliyevə  azadlıq istəməklə  bağlı olub.  Aksiyada girovluqda olan  Dilqəm Əskərovun oğlu Kürdoğlu Əskərov  da iştirak edib. Hal-hazırda aksiya davam edir. Ətraflı məlumat verməyə çalışacayıq.


Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, “Ermənistanın işğalına son!” şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.Tibilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb

Azinforum.az

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …