Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Telman İsmayılovun qardaşının törətdiyi qətlin detalları

Telman İsmayılovun qardaşının törətdiyi qətlin detalları

Daha əvvəl verilən xəbərə görə, azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki nəfərin qətlində şübhəli bilinərək həbs olunub.
Avropa.info xəbər verir ki, Rafiq İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin “Lyublino motors”un təsisçisi Yuri Brilyovun güllələnməsində şübhəli bilinir. Onun birlikdə həbs olunmuş killer Rafiq İsmayılov Mehman Kərimova “İki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq sübut edib ki, Rafiq İsmayılov hadisə yerinə killer Mehman Kərimovu gətirib. Rafiq İsmayılov oğlu Rauf İsmayılovun “Mersedes”ində güllələnən biznesmenlərin qətli yerinə Mehman Kərimovla görüşə gəlib.
Saxlanılmış killer 16 may tarixində Novorijsk şosesində Vladimir Savkinlə  görüş təyin edib. Gözlənilmədən Savkin hadisə yerinə özü ilə “Lyublino motors”un direktoru Yuri Brilyovu da gətirib. İstintaq müəyyən edib ki, killer Mehman Kərimovla bir yerdə Rafiq İsmayılov da olub. Bu faktı müşahidə kameraları qeydə alıb.
Kameralardan alınan videoyazıdan müəyyən edilib ki, görüşə bir neçə dəqiqə qalmış Rafiq İsmayılovun və Mehman Kərimovun “Meresedes”i yanacaqdoldurma məntəqəsinə daxil olub. Öldürülmüş biznesmenlər İsmayılovu salonda görməsinlər deyə avtomobili uzaqda saxlayıblar.
Biznesmen Vladimir Savkinin qarşısına yalnız Mehman Kərimov çıxıb. Qısa söhbətdən sonra “Toyota – Lend Kruzer” cipinə oturaraq hadisə yerindən uzaqlaşıb. 40 saniyə sonra onun ardınca Rafiq İsmayılovun “Mersedes”i çıxıb.
Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralı “Toyota – Lend Kruzer”in salonunda güllələnmiş biznesmenləri tapıblar. Vladimir Savkin və Yuri Brilyov başlarından güllə yarası almış şəkildə tapılıblar. Hadisədən qısa müddət sonra Mehman Kərimov saxlanılıb. O, günahını etiraf edib. Sorğu-sual zamanı məlum olub ki, güllələmə anı Mehman Kərimov arxadan gələn Telman İsmayılova bir neçə dəfə atəş açıb.
Saxlanıldıqdan sonra Mehman Kərimov bildirib ki, Savkin ona 500 min dollar borclu idi. Bu səbəbdən onu öldürüb. Lakin istintaq müəyyən edib ki, münaqişə Kərimov və Savkin arasında deyil, Rafiq İsmayılov arasında olub.
Vladimir Savkin Rafiq İsmayılovla birgə Moskvada iri ticarət-əyləncə kompleksinin ortağı imişlər. İsmayılov biznesi satıb və bütün pulu özünə götürüb. Savkin bir neçə milyon dollar borcu varmış və Savkin pulunu qaytarmağa çalışırmış.
Mehman Kərimov bu hadisədə münaqişə tərəfləri arasında münaqişəni həll edən tərəf kimi çıxış edib.
Qeyd edək ki, hal-hazırda Rafiq İsmayılov həbsdədir, lakin günahını inkar edir. Bununla yanaşı killerin biznesmenlərlə görüşü zamanı yanacaqdoldurma məntəqəsində olduğunu qəbul edib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın